Regionlarda ekoloji maarifləndirici görüşlər təşkil edilib

28.01.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 28 yanvar, AZƏRTAC

“Ətraf mühitin mühafizəsi sahəsində düzgün ekoloji davranışın formalaşdırılması” mövzusunda növbəti maarifləndirici görüşlər Şirvan və Cəbrayıl rayonlarının məktəblərində təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən keçirilən görüşlər Şirvan şəhərinin 10 və 11 saylı orta məktəblərində, eləcə də Cəbrayıl rayonunun Horovlu kənd tam orta məktəbində keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, maarifləndirici görüşlərin əsas məqsədi şagirdləri ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatlandırmaq, onlarda ekoloji şüurun və düzgün ekoloji davranış vərdişlərinin formalaşmasına dəstək olmaq, təbiətə qarşı məsuliyyət hissini gücləndirməkdən ibarətdir.

Görüşlər zamanı şagirdlərə ətraf mühitin mühafizəsi, tullantıların növləri, iqlim dəyişmələri, bitki və heyvanların ekosistemdə rolu barədə ətraflı məlumat verilib.

Eyni zamanda, tullantıların çeşidlənməsi və təkrar emalın əhəmiyyəti, su və enerji resurslarına qənaət, gündəlik davranışların təbiətə təsiri mövzularında müzakirələr aparılıb.

Tədbirin yekununda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью