Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşündə deyib.
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan iqtisadi və strateji əlaqləri genişləndirir.
"Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb və regionun qalıcı sülhə sahib olacağına inanırıq.
Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm", - o qeyd edib.
Türkiyə lideri həmçinin Pakistan və Hindistan arasında atəşkəsi alqışlayıb.
Türkiyə Prezidenti vurğulayıb ki, lazım gəlsə, Pakistan və Hindistan münasibətlərinin normallaşmasına vasitəçilik edə bilərlər.