Fanat saytına istinadən Icma.az xəbər verir.
1-ci Liqa təmsilçisi "Mingəçevir" futbolçularına ötənilkindən az maaş ödəyəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəhbərlik strategiyanı dəyişib.
Yüksək ödənişli oyunçularla - Mehrac Baxşalı, Gülağa Əsədov və sair adlarla vidalaşan klub 500-1500 aralığında dəyişən məbləğə oynamağa razı olanlardan heyət quracaq. Əvəzində oyunçulara sabit mükafat vəd olunub.
Xatırladaq ki, komanda bu yay Ramiz Məmmədova tapşırılıb.
Mirağa