Rəhbərlik mövsümdə qazanılan ilk qələbəyə bu qədər mükafat ayırdı | Icma.az
Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Kəpəz” rəhbərliyi mövsümün ilk qələbəsinə biganə qalmayıb.
Gəncə klubunun futbolçuları “Şamaxı” qalibiyyətinə (4:1) görə pul mükafatı alacaqlar.
Rəhbərlik qələbə üçün hər futbolçuya 1500 manat “premya” nəzərdə tutub.
Ancaq “Şamaxı” üzərindəki böyükhesablı qələbəyə görə bu məbləğ artırılıb. “Kəpəz” futbolçularının hər birinə 2500 manat mükafat ödənəcək.
Oyuna sonradan daxil olanlar bu məbləğin 75 faizini, görüşü ehtiyatda keçirənlər isə yarısını alacaq.
İdmanxeber.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu