Rəhbərlik Serjio Konseysaonun qarşısına şərt qoyub

26.02.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Milan" rəhbərliyi mövsümün sonunda komandanın baş məşqçisini dəyişməyi düşünür. Sport24.az "Gazzetta dello Sport"-a istinadən xəbər verir ki, rəhbərlik "Milan"ın A Seriyasını ilk "dördlük"də başa vura bilməyəcəyi təqdirdə, portuqaliyalı mütəxəssis Serjio Konseysaonun istefasını nəzərdən keçirir.

Milan klubu Konseysaonun yerinə "Napoli"nin baş məşqçisi Antonio Konteni dəvət etmək istəyir. 55 yaşlı mütəxəssisin neapollularla müqaviləsi 2027-ci ilə qədərdir.

Qeyd edək ki, "Milan" hazırda İtaliya çempionatında keçirdiyi 25 oyundan sonra 41 xala malikdir və turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью