“Rəhbərlik yeni müqavilə üzərində işləyir”

19.09.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandanın ulduz hücumçusu Harri Keynin münxenlilər sırasındakı gələcəyi və yeni müqavilə danışıqları barədə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, belçikalı mütəxəssis klub rəhbərliyinin məsələ üzərində fəal işlədiyini bəyan edib. Kompani açıqlamasında klub rəhbərliyində yer alan Maks Eberl, Kristof Froünd və Yan Drezennin bu danışıqları peşəkarlıqla idarə etdiyini, bu prosesin müəyyən zaman tələb etməsinə hörmətlə yanaşdığını və özü üçün ən vacib məqamın futbolçunun özünü rahat hiss edərək meydanda ən yaxşı oyununu nümayiş etdirməsi olduğunu bildirib.

2023-cü ildən “Bavariya”nın şərəfini qoruyan 33 yaşlı ingiltərəli hücumçunun klubla mövcud müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. Münhen təmsilçisinin heyətində bütün turnirlərdə ümumilikdə 154 rəsmi matça çıxan Keyn rakord göstəriciyə imza ataraq 152 qol vurub və 34 məhsuldar ötürmə edib. Təcrübəli forvard “Bavariya” ilə birlikdə iki dəfə Almaniya çempionluğunu, bir dəfə ölkə kubokunu və iki dəfə Almaniya Superkubokunu qazanmağı bacarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью