Rəhbərlikdən bizə qarşı aqressiya var Sadıqov

19.09.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Bu proses daha əvvəl başlayıb. Azarkeşləri deməyək. Bu gün bir çox azarkeşlə görüşmüşük, şəkil çəkdirmişik. Bütün azarkeşlərə aid etməyək.

Axar.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Turan Tovuz”a məğlub olduqları (1-0) oyundan sonra mətbuat konfransında bölgə komandasından onlara qarşı aqressiya olması barədə sualı cavablandırarkən deyib.

“Bu aqressiya “Azersun Arena”da “Turan Tovuz”a məğlub olduğumuz oyundan sonra başlayıb. Bununla bağlı açıqlama vermişəm. Bilmirəm, “Turan Tovuz”da bizə qarşı aqressiya kimdən gəlir. Əslində bilirəm. Rəhbərlikdən gəlir. Amma hansı rəhbərdən olduğunu bilmirəm”, - R.Sadıqov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью