Rəhbərlikdən paracüdoçularla görüş

20.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Almaniyanın Heydelberq şəhərində təşkil olunan Avropa çempionatında uğur qazanan paracüdoçularla görüşüb.

Futbolpress.az xəbər verir ki, tədbirdə yarışda 1 qızıl və 3 bürünc medal əldə edən idmançılar, İlham Zəkiyev, Saleh Sultanov, Dürsədəf Kərimova və Xatirə İsmiyeva, həmçinin qadın və kişi yığmalarının baş məşqçiləri İbrahim İbrahimov, Ramin İbrahimov və kollektivin digər heyəti yer alıb.

Toplantıda paracüdoçuların turnir təəssüratları, qazanılan nəticələr, eləcə də qarşıdakı beynəlxalq yarışlar və gələcək hədəflər nəzərdən keçirilib. Eyni zamanda, yığmanın uğurlarının davamlı olması, məşq prosesinin daha da yaxşılaşdırılması və idmançıların inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

MPK-nın baş katibi Toğrul Rəhimov İlham Zəkiyevin 10-cu dəfə qitə çempionu olmasının gənc paracüdoçuların yetişməsi baxımından böyük həvəsləndirici amil olduğunu vurğulayıb. O, idmançıları qələbə münasibətilə təbrik edib, növbəti turnirlərdə müvəffəqiyyətlər arzulayıb.

Görüşdə qurumun İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə nümayəndələri də iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью