Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Nottinqem Forest”in futbol departamentinin rəhbəri Edu klubdan rəsmən ayrılıb.
QOL.az xəbər verir ki, "The New York Times" nəşrinin məlumatına görə, braziliyalı funksioner 2025-ci ilin yayında “Arsenal”dan “Nottinqem Forest”ə keçərək klubun qlobal futbol rəhbəri vəzifəsində çalışmağa başlayıb. Lakin bu ilin yazında Edu ilə klubun sahibi Evangelos Marinakis arasında münasibətlərin pisləşdiyi və braziliyalı mütəxəssisə klubdan uzaq durmasının bildirildiyi məlum olub.
Edu son aylarda “Nottinqem Forest”də görünməsə də, onun müqaviləsi ötən həftəyə qədər qüvvədə qalıb. Tərəflər daha sonra sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. “The Telegraph” nəşrinin məlumatına görə isə, klub bununla bağlı rəsmi açıqlama verməyəcək.
Qeyd edək ki, Edu sonuncu dəfə fevralın 22-də “Nottinqem Forest”in evdə “Liverpul”a uduzduğu oyunda tribunlarda görülüb.