Rəhbərliyi barəsində cinayət işi açılmış şirkət İİV dərmanları alacaq

26.11.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi elan etdiyi satınalma müsabiqəsinə yekun vurub.

“Yeni Sabah” xəbər verir ki, “İİV-la mübarizə tədbirlər proqramı çərçivəsində ARV dərman vasitələri”nin satın alınması ilə bağlı “EPİDBİOMED” MMC ilə tərəflər arasında  ümumi maliyyə dəyəri 2 milyon 399 min 299,9 manat təşkil edən müqavilə bağlanıb.

2004-cü ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 10 manat olan “Epidbiomed” MMC-nin qanuni təmsilçisi Məmməd Əli Əliyevdir. 2018-ci ildə şirkətin təsisçisi Namiq Əliyev və keçmiş rəhbəri Surxay Mustafayev barəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və dərman vasitələrinin qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb, şirkətin ölkəyə saxta dərmanlar idxal etdiyi məlum olub. Bakıda online alış-veriş

Cəlalə Cəlalqızı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью