Rəhim Niderland nəhənginə transfer olundu

13.02.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Niderland təmsilçisi Feyenoord heyətini ulduz futbolçu ilə gücləndirib. Klub İngiltərə millisinin sabiq üzvü Raheem Sterling ilə müqavilə bağlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı vingerlə mövsümün sonunadək nəzərdə tutulan razılaşma əldə olunub. Transfer barədə rəsmi açıqlama klubun mətbuat xidməti tərəfindən verilib.

Qeyd edək ki, Sterlinq ötən ay Chelsea ilə müqaviləsinə xitam vermişdi. Təcrübəli futbolçu karyerası ərzində İngiltərədə Liverpool, Manchester City və Arsenal kimi klubların formasını geyinib.

Hüseyn
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью