Rəhim Sadıqov Vaqif Cavadovu necə pis vəziyyətdə qoyub? İdmanXəbər

21.01.2025

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Turan Tovuz” yeni transferi Rəhim Sadıqov “Sumqayıt”dan qalmaqallı şəkildə ayrılıb. Belə ki, futbolçu “kimyaçılar”in ilk dövrədəki sonuncu maçtı olan “Kəpəz” görüşündə iştirak etməyib.

O, qarşılaşmadan öncə baş məşqçisi Vaqif Cavadovun otağına girərək komandadan getmək istədiyini və “Kəpəz”ə qarşı oynamayacağını bildirib. Gənc çalışdırıcı buna təkpki göstərib.

Cavadov onsuzda heyətin kasad olduğunu  və futbolçudan anlayışlı olmasını tələb edib. Ancaq Sadıqov buna məhəl qoymayıb və “Kəpəz” görüşündə meydana çıxmayıb.

Onun adı ümumiyyətlə, maçtın iştirak ərizəsinə daxil edilməyib. Bunun ardından isə tərəflər yollarını ayırıb.

Xatırladaq ki, millimizin sabiq üzvü Tovuz klubu ilə 2026-2027-ci illər mövsümünün sonuna qədər müqavilə bağlayıb.

İdmanxeber.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью