Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının 17-ci turu çərçivəsində bu gün keçirilən "Turan Tovuz" - "Sumqayıt" oyunu nominal meydan sahiblərinin yarımmüdafiəçisi Rəhim Sadıxov üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, matçın 69-cu dəqiqəsində komandasının 2-ci qoluna imza atan orta xətt oyunçusu bu mövsüm ilk dəfə rəqib qapısına yol tapıb.
Sabiq komandasını cəzalandırdığı epizodda sevinməyən Sadıxov Premyer Liqada vurduğu qolların sayını 30-a çatdırıb.
Qeyd edək ki, hazırda son dəqiqələri oynanılan matçda hesab 2:1-dir.
Nihat