Rəhimova pley offda Flamenqo ya qarşı

25.03.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qadın voleybolçular arasında Braziliya çempionatında pley-off cütləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, Azərbaycan voleybolçusu Polina Rəhimovanın çıxış etdiyi "Osasko" "Flamenqo" ilə qarşılaşacaq.

Müntəzəm çenpionatda üçüncü yeri tutan "Osasko" altıncı olan komanda ilə mübarizə aparacaq.

Martın 30-da keçiriləcək ilk oyunda Rəhimova və oyundaşları rəqibi öz medanlarında qəbul edəcəklər.

Qeyd edək ki, "Osasko" bu mövsüm Braziliya kubokunu qazanaraq artıq kubok hesabını açıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью