Rəhimova və Osasko final ümidini saxlayırlar

22.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Polina Rəhimova "Osasko"nun heyətində Braziliya çempionatının finalına vəsiqə uğrunda mübarizəni davam etdirir.

İdman.biz xəbər verir ki, Azərbaycan voleybolçusu "Minas"la yarımfinal seriyasında komandasına hesabı bərabərləşdirməyə kömək edib.

İlk oyunda 0:3 hesabı ilə məğlub olan "Osasko" ikinci görüşdə tay-brekdə 3:2 hesabı ilə qalib gəlib. Rəhimova 11 xal toplayıb.

Komandalar arasında üçüncü oyun aprelin 26-da keçiriləcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью