Rəhimovalı “Osasko” Braziliyada 2ci yerə yüksəlib İdman və Biz

22.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, təcrübəli hücumçunun formasını geyindiyi “Osasko” 11-ci tur çərçivəsində "Brazilia Volley"lə qarşılaşıb.

Oyun Rəhimovanın komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Polina qarşılaşmada 6 xal qazanıb.

Bu qələbə sayəsində “Osasko” ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, “Osasko” yalnız set fərqinə görə lider “Praya”dan geri qalır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью