Rəhman Daşdəmirov: “Azərbaycana əliboş qayıtmaq istəmirik”

04.09.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov jurnalistlərə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin İslandiya oyunundan öncə media nümayəndələrinin suallarını cavablandırıb:

“Oyuna yaxşı hazırlaşmışıq. Rəqibi analiz etmişik. İslandiya millisinin zəif və güclü tərəflərini bilirik. Azərbaycana əliboş qayıtmaq istəmirik”.

- Azərbaycanla İslandiya arasında 4 saat fərq var. Adaptasiya prosesini tamamlamısız?
- ⁠Bura erkən gəlmişik. Heç bir problem yoxdur. 

- Sabahkı oyunda nəyə ümid edək?
- ⁠Bura maksimum nəticə üçün gəlmişik. Hər şey yaxşı olacaq. 

- Qrupdakı komandalar arasında dişimizə görə olan yalnız İslandiyadır. İlk iki pillədə qərarlaşa bilərik?
- ⁠Hələ ki, yalnız sabahkı matçı düşünürük. Sonrasını gələcəkdə biləcəyik. Bütün diqqətimiz sabahadır.

- Yəqin ki, müdafiənin sol cinahında sən yer alacaqsan. Üzərinə böyük yük düşəcək. Məsuliyyətinin fərqindəsən?
- ⁠Baş məşqçinin tapşırıqları var. Mən də çalışacam ki, əlimdən gələnin ən yaxşısını edim.

"Qarabağ" Çempionlar Liqası üçün iştirak ərizəsini açıqlayıb Yığmamızın matçı kiprlilərə tapşırıldı Millimiz İslandiyada - FOTO “Sabah”ın Gənclər Liqasındakı rəqibi bəlli oldu Portuqaliya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью