Rəhman Daşdəmirov: Maksimum nəticə üçün gəlmişik

04.09.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Rəhman Daşdəmirov DÇ-2026-nın seçmə mərhələsində İslandiya millisi ilə oyunla bağlı gözləntilərini bölüşüb.

İdman.biz-in Reykyavikdən verdiyi xəbərə görə, Daşdəmirov millimizin İslandiyaya qələbə üçün gəldiyini vurğulayıb.

"Bura maksimum nəticə üçün gəlmişik, yaxşı hazırlaşmışdıq və rəqibi öyrənmişik, zəif və üstün cəhətlərini bilirik. Azərbaycana əliboş qayıtmaq istəmirik", - Daşdəmirov deyib.

O, uzun uçuşdan sonra futbolçuların iqlimə uyğunlaşmasından da danışıb.

"Reykyavikə erkən çatdıq və bununla bağlı heç bir problem yoxdur. Məncə yaxşı hazırlaşmışıq. Maksimum nəticə toplamağa gəlmişik", - Daşdəmirov əlavə edib.

Xatırladaq ki, İslandiya və Azərbaycan yığmaları arasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью