Rəhman Hacıyev: Mina problemi, təəssüf ki, müharibələr bitəndən sonra da öz aktuallığını itirmir

02.09.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mina problemi, təəssüf ki, müharibələr bitəndən sonra da öz aktuallığını itirmir.

"Yeni Sabah" xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun sifarişi ilə "Beach House Pictures" şirkəti tərəfindən hazırlanmış "Ölümcül Miras" ("Deadly Legacy") sənədli filminin qapalı nümayişindən öncə mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, film Azərbaycanda aparılan irimiqyaslı minatəmizləmə fəaliyyəti haqqındadır: "Eyni zamanda mina nəticəsində zərər çəkən şəxslərin taleyi və əlbəttə ki, dünyada baş verən bu problemlə bağlı hadisələr filmin əsas mövzusudur". Dominos pizza

Sədr qeyd edib ki, filmdə Azərbaycanla yanaşı Bosniya və Herseqovina, Laos və Kolumbiyada mina ilə bağlı baş verən problemlər və çağırışlar da öz əksini tapıb: "​Biz çox çalışmışıq ki, bu filmdə beynəlxalq komanda ilə birlikdə minatəmizləmə fəaliyyətində Azərbaycanın gördüyü işləri obyektiv şəkildə ictimaiyyətə təqdim edəcək. Eyni zamanda bizim ölkəmiz və bütün dünya qarşısında duran çağırışlara da toxunmuşuq ki, bu mövzu beynəlxalq auditoriya arasında öz aktuallığını itirməsin".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью