Icma.az, Fanat saytına istinadən bildirir.
"Səbail" təcrübəli yarımmüdafiəçisi Rəhman Hacıyevlə yollarını ayırıb.
Bu barədə Fanat.Az-a Bakı klubunun baş məşqçisi Adil Şükürov məlumat verib:
"Rəhman gəlib mənimlə görüşdü. Bildirdi ki, Premyer Liqadan iki təklifi var. Onu buraxmağımızı xahiş etdi. Mən də rəhbərliyə fikrimi bildirdim ki, getmək istəyənə mane olmaq lazım deyil. "Futbolçu ömrü" qısadır. Özüm də futbolçu olmuşam. Rəhmanın yaşının elə vaxtıdır ki, onun qarşısına sədd çəkmək olmaz. Rəhbərliklə razılığa gəldilər, müqaviləyə xitam verildi. Ona gələcək karyerasında uğurlar arzu edirəm".
Qeyd edək ki, ötən mövsümün sonunda "Neftçi"dən ayrılan Rəhman Hacıyev yayda "Səbail"ə keçmişdi.
Mirağa