futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sabah” Çempionlar Liqasının I turunda “Mançester Yunayted”ə uduzub – 0:4.
Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın müdafiəçisi Rəhman Daşdəmirov matçdan sonra fikirlərini bölüşüb:
“Məğlub olmağımıza baxmayaraq, yaxşı oynadıq. Qol imkanları yarada bildik. Rəqibi təhlil etmişdik, hesab belə bitməyə bilərdi. Futboldur, rəqib daha təcrübəlidir. Əllərinə düşən imkanlardan istifadə etdilər. Bu oyunu unutmalı, qarşıdakı matça köklənməliyik. Hər komandaya ayrı hazırlaşır, fərqli təhlil edirik. “Slaviya” ilə matça hələ var. Görüş Bakıda olacaq və istəyirik ki, yaxşı nəticə qazanaq.
Bir azərbaycanlı kimi burada olmaq möhtəşəm hisslərdir. Özümlə fəxr edirəm. İstəyirəm ki, komandam üçün faydalı olum. Səhvlərimdən nəticə çıxarmağa çalışıram”.