Rəhman Mustafayev etimadnaməsini Putinə təqdim edib

05.11.2024

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.

Mia.az xəbər verir ki, mərasim Böyük Kreml Sarayının “Aleksandrov” zalında baş tutub(Report).

Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Rəhman Mustafayevin Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью