Rəhman Mustafayevdən AÇIQLAMA: Azərbaycan və Ermənistan 5 ildən sonra ilk dəfə...

11.11.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İkinci Qarabağ müharibəsinin başa çatmasından düz beş il sonra Azərbaycan və Ermənistan dövlət sərhədinin 13 kilometrlik hissəsində delimitasiya işlərini tamamlaya biliblər.

Bu barədə RTVI-yə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev məlumat verib.

Səfirin sözlərinə görə, iki ölkə artıq bir-birilərinin sərnişin təyyarələri üçün hava məkanını, tranzit yüklər üçün isə ərazilərini açıb.

Mustafayev vurğulayıb ki, Bakı və Moskvanın münasibətləri də həmin dövrdən bəri “yeni mərhələyə yüksəlib”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью