Rəhman Rəhmanov ƏMƏLİYYAT OLUNDU KONKRET

08.04.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.

KONKRET.az xəbər verir ki, bu barədə aktyor yenicag.az-a açıqlamasında özü məlumat verib.

“Çox ağır göz əməliyyatı keçirdim. Demək olar ki, gözlərim görmürdü, kor olmuşdum. Bir çox həkimlərin yanına getdim, amma alınmırdı. Heç kim boynuna çəkmirdi. Yəqin, gözümün görməyinə ümidləri yox idi. “Dünyagöz” xəstəxanasından oftalmoloq-cərrah Fərəh xanım mənə çox böyük kömək etdi. İnsan gözsüz bir heçdir. Artıq gözlərim açılıb, indi cavan oğlan kimi görürəm. Gözümün nuru özümə qayıtdı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью