Reinteqrasiya tədbirləri nəticəsində bu il müəssisələrdən daha 89 uşaq ailələrinə qaytarılıb

24.07.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il müəssisələrdən daha 89 uşağın ailələrinə qayıdışı təmin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Həssas qruplara aid uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması da əsas fəaliyyət istiqamətlərindən biridir. Agentliyin əməkdaşları tərəfindən bu məqsədlə həmin uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Bu ilin ötən dövründə də 125 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınaraq, onların öz ailələrində saxlanması təmin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью