Rəis müavini: Aprelin 17 si səhər yağıntının nisbətən kəsiləcəyi gözlənilir

16.04.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

“Aprelin 15-dən 16-na keçən gecədən başlayaraq Bakı şəhərində və Abşeron yarımadasında müşahidə edilən leysan xarakterli yağışın günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir, şimşək çaxacağı ehtimalı var”.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Hidrometerologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.

G.Abbbasova bildirib ki, gözlənilən intensiv və güclü yağışla əlaqədar olaraq Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

“Aprelin 17-si isə səhər yağıntının nisbətən kəsiləcəyi gözlənilir.

Bölgələrdə də yağıntıların intensivləşəcəyi, aramsız olacağı gözlənilir. Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacaq. Əlverişsiz hava şəraiti qərb rayonlarında aprelin 17-si gecəyədək, şərq rayonlarında isə səhər saatlarına kimi davam edəcək. Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarında sel və daşqın keçəcəyi gözlənilir”-deyə rəis müavini vurğulayıb.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью