Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

18.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov vəfat edib.

"Bakupost" Trend-ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib. Daşaltı kəndində oğurluq faktı ilə bağlı əraziyə baxış keçirən zaman onu elektrik cərəyanı vurub və nəticədə ağır xəsarətlər alıb.

Xəstəxanaya çatdırılan polis mayorunun həyatını xilas etmək üçün tibbi müdaxilələr edilib, aldığı xəsarətlər səbəbindən qolları amputasiya olunub. Uzun müddət müalicə alan Fərəc Həsrətov bu gün xəstəxanada dünyasını dəyişib.

Allah rəhmət eləsin!


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью