Rəis müavini həbs edildi Rüşvət almaqda təqsirləndirilir

17.08.2026

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini həbs edilib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, daha əvvəl vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən iki vəzifəli şəxs həbs olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью