Icma.az, Bizimyol saytına istinadən bildirir. Uzun illər “Azərsu” ASC-də, daha sonra bu qurumun bazasında yaradılmış “İri Şəhərlərin Birləşm
Dediyinə görə, əmək fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə elektik montyoru vəzifəsindən Energetika şöbəsinin rəisi - baş energetik və
2021-ci ildən Energetika şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
2024-cü ilin avqustunda ona deyilib ki, tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşəcək və 9 həftədən sonra işdən azad ediləcək.“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Tahir Xəlilovun 14 oktyabr 2024-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (ştatların ixtisarı) əsasında xitam verilib.“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən təsdiq edilmiş Aktda isə göstərilib ki, şikayətçi ştat vahidinin ixtisarı ilə əlaqədar Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda, yaxud da başqa bir İdarədə Energetika şöbəsində energetik vəzifəsi təklif olunub.
Lakin o, imtina edib.“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin kadrlar üzrə baş məsləhətçisi də bu iş üzrə məhkəmə prosesinə çağrılaraq dindirilib.
O bildirib ki, şikayətçiyə ixtisara düşmüş vəzifəsinin əvəzində iş təklif olunub, lakin özü razılaşmayıb:“Özü dedi ki, ona Meliorasiya xidmətindən iş təklifi gəlib, o, sektor müdiri gedəcək.
Ona deyilmişdi ki, burada da ona iş təklif edirlər - Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda, yaxud da başqa bir idarədə Energetika şöbəsində “energetik” yeri var, orada onu yerləşdirə bilərlər.
Özü istəmədi. Avqustun 5-də ərizə yazdı. 3 gün sonra gəlib dedi ki, ərizəsi etibarsız hesab edilsin, orada onu işə götürmədilər.