Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır AZƏRTAC

10.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Xankəndi, 10 dekabr, AZƏRTAC

Xankəndi şəhərindəki Hidrometeoroloji Stansiya işğal zamanı dağıdılmayan yeganə stansiyadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, işğal olunmuş ərazilərimizdə 9 meteoroloji, 16 hidroloji stansiya olub, hamısı dağıdılıb, yalnız Xankəndi Hidrometeoroloji Stansiyası qalıb.

“Hidrometeoroloji vəziyyətin öyrənilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 5 avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib. 2025-ci ildə daha 5 ədəd, o cümlədən Xankəndi şəhərində avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulur”, - deyə xidmət rəisinin müavini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью