Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya Dəmir Yollarının (DB) fəaliyyəti barədə son vaxtlar həm müsbət, həm də mənfi fikirlər səsləndirilir. Bu dəfə səslənən iddia isə təccüb doğurub.
Avtosfer.az xəbər verir ki, ölkənin şimalındakı Zilt adasından Berlinə hərəkət edən qatar nəzərdə tutulmayan dayanacaqda dayanıb. Qatar rəisi dayanmış qatardan düşərək marketə gedib və 3 paket tualet kağızı ilə qayıdıb.
Məlum olub ki, qatar səfərdən əvvəl müvafiq personal olmadığı üçün tualetdə kağızın olub-olmaması yoxlanmayıb. Qatar rəisi bunu gördükdə artıq gec olub. Bu səbəbdən o, lokomotivi plandankənar dayandıraraq yaxınlıqdakı marketdən tualet kağızı alıb. Hadisə sərnişinlərin gözü qarşısında baş verib və ciddi müzakirələrə səbəb olub.
Almaniya Dəmir Yollarının rəhbərliyi bildirib ki, şəxsi heyət çatışmazlığı belə hadisələrə səbəb olur. Rəisin bu addımı alqışlanıb və marketə ödədiyi məbləğ artıq onun hesabına köçürülüb.
Vüqar