futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin “Samsunspor” klubunun baş məşqçisi Tomas Reis Almaniyada işləyə bilər.
Futbolpress.az xəbər verir ki, “Volfsburq” klubunun rəhbərliyi mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Reisin Super Liqa təmsilçisi ilə sözləşməsində 200 min avroya sərbəstqalar bəndi yer alır.
“Volfsburq”da bir müddət əvvəl baş məşqçi Pol Simonis ilə yollar ayrılıb. Komanda Bundesliqada 10 turdan sonra 8 xalla 14-cü sıradadır.
“Samsunspor” Super Liqada 4-cü sıradadır. Komanda Konfrans Liqasında isə 3 turdan sonra 9 xalla liderdir.