Rejimin dəyişdirilməsi İran xalqının işidir Netanyahu

20.06.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda hakimiyyət dəyişiklik İsrailin hərbi əməliyyatının məqsədi deyil, amma nəticəsi ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Rejimin dəyişdirilməsi və ya bu rejimin süqutu məsələsi ilk növbədə İran xalqının işidir. Bunun alternativi yoxdur. ... Əməliyyatın nəticəsi ola bilər, lakin bu, bəyan edilmiş və ya rəsmi məqsəd deyil", - Netanyahu "Kan TV" kanalına müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın qoşulub-qoşulmamasından asılı olmayaraq, İsrailin İranın bütün nüvə obyektlərini məhv etmək hüququ var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью