Rejimsiz yuxunun fəsadları | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yuxu bədənin bərpası və gündəlik funksiyalarının düzgün işləməsi üçün əhəmiyyətli bir prosesdir.
Ancaq yuxu rejiminin pozulması, yəni hər gün fərqli saatlarda yatmaq və ya çox az və ya çox uzun yuxu yatmaq sağlamlıq üzərində ciddi fəsadlar yarada bilər.
Milli.Az xəbər verir ki, bu vəziyyətin yaratdığı sağlamlıq problemləri həm fiziki, həm də psixoloji sahədə özünü göstərir.
Düzənsiz yuxu bədənin immun sistemini zəiflədir. Yuxu zamanı orqanizm virus və bakteriyalarla mübarizə aparan immun hüceyrələrini gücləndiri
Yuxusuzluq və ya qeyri-müntəzəm yuxu bu prosesin düzgün həyata keçməsinə mane olur, nəticədə xəstəliklərə daha meyilli olunur.
Yuxu rejiminin pozulması, psixoloji sağlamlıq üzərində mənfi təsir göstərir.
Rejimsiz yuxu serotonin və digər kimyəvi maddələrin balansını poza bilər, bu da əhval-ruhiyyə dəyişikliklərinə, narahatlıq və depressiyaya yol aça bilər.
Tam oxu
Xəbəri oxu