Rejissor ayrıldı, aktyorlardan endirim istənildi

07.11.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baş rollarını Hazal Subaşı və Birkan Sokullunun paylaşacağı “Evlat” serialında dəyişikliyi olub.

Axşam.az xəbər verir ki, çəkilişləri hələ başlamayan serialdan rejissor Neslihan Yeşilyurt ayrılıb. Onu bu vəzifədə Çağatay Tosun əvəzləyib.

Bundan başqa, "ATV"də yayımlanacaq serialın heyətinə daxil olan aktyorlardan qonorarlarında endirim etmələri istənilib.

Qeyd edək ki, son günlər serial sektorunda yaşanan reklam böhranına görə aktyorların yüksək qonorarlarına da məhdudiyyət qoyulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью