Rejissor məşhur serialın bitdiyini açıqladı

02.06.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

HBO-nun məşhur "Euphoria" serialı ekranlarla həmişəlik vidalaşıb.

Kulis.az xəbər verir ki, serialın yaradıcısı, ssenaristi və rejissoru Sem Levinson "New York Times" nəşrinin "Popcast" adlı musiqi podkastında layihənin bitdiyini açıqlayıb.

Xəbər qısa müddət sonra HBO tərəfindən "Variety" nəşrinə verilən rəsmi açıqlama ilə də təsdiqlənib.

Əslində, kino və serial sektoru üçün bu qərar o qədər də böyük sürpriz hesab olunmur. Belə ki, ekran işinin baş rol ifaçısı olan Zendaya daha əvvəl verdiyi müsahibələrdə ssenarinin 3-cü mövsümlə birlikdə sona çatacağına inandığını dəfələrlə dilə gətirmişdi.

“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyevlə müsahibə Kişilər niyə aliment verməkdən imtina edirlər? Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edildi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью