Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Amerikalı rejissor Rob Reyner və həyat yoldaşı Mişel Los-Ancelesdəki evlərində ölü tapılıblar.
Axşam.az xəbər verir ki, TMZ bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, təcili yardım xidmətləri Reyner və həyat yoldaşı Mişelin yaşlarına uyğun yaşlı kişi və qadının cəsədlərini aşkar ediblər. Hər ikisində bıçaq yaraları yer alıb. Yanğın səbəbindən cəsədləri müəyyən etmək çətin olub. Hadisənin səbəbi və cütlüyü yaralayan, yanğını başladan şübhəlilərin adları açıqlanmayıb. İstintaq davam edir.
Qeyd edək ki, Rob Reyner "Harri Salli ilə görüşəndə", "Kubok siyahısı" və "Bir neçə yaxşı kişi" də daxil olmaqla 30-dan çox filmin rejissoru olub.