Rejissorumuzun filmi beynəlxalq proqramda

13.02.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Rejissor Orxan Ağazadənin “Məhbus” film layihəsi Berlin Beynəlxalq Film Festivalının “istedadların inkişafı proqramı” üçün seçilib.
Kulis.az xəbər verir ki, bu proqram 2003-cü ildən etibarən hər il dünyanın kino və serial sənayesindən 200-ə yaxın yaradıcı şəxsi seçərək festival çərçivəsində müxtəlif vörkshop və master-klasslara cəlb edir.
“Məhbus” festivalda seçilən 10 tammetrajlı bədii film layihəsindən biridir. Filmin müəllifləri proqram çərçivəsində layihələrini inkişaf etdirmək imkanı qazanıblar.
Qeyd edək ki, film dram janrındadır, keçmişindən qurtula bilməyən Rasimin hekayəsindən bəhs olunur.
“Məhbus” rejissorun ilk tammetrajlı bədii film layihəsidir.

"Mosfilm" ən yaxşı filmini seçdi Türkiyə 152 tarixi əsəri Misirə qaytardı Xruşov Stalinin qarşısında niyə diz çökmüşdü? - Əyləncə, cinayət və qisas
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью