Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin üzvü Bizimyol.info xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd qeyri-hökumət təşkilatları ilə reklam və marketinq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, sosial layihələrin tanıdılması və cəmiyyətin maarifləndirilməsinə dəstək göstərməkdir. Tədbirdə dövlət qurumlarının, özəl sektorun və QHT-lərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbirdə reklam, media və marketinq sahəsində fəaliyyət göstərən tanınmış mütəxəssislərin çıxışları nəzərdə tutulur. Onlar:
reklam və marketinqin QHT sektorunun inkişafına təsiri və faydaları,ictimaiyyətlə əlaqələrdə sosial məsuliyyətin təşviqi yolları,təşkilatların nüfuz və ictimai etimadının gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət ayıracaqlar.Həmçinin, tədbirdə QHT-lərin cəmiyyət qarşısında mövqeyinin gücləndirilməsi, ictimai etimadın artırılması və sosial təşəbbüslərin dəstəklənməsi üçün reklam vasitələrinin daha səmərəli istifadəsinə dair təkliflər irəli sürüləcək. Bu görüşün nəticəsində QHT-lərlə reklam və media qurumları arasında yeni əməkdaşlıq imkanlarının formalaşacağı gözlənilir.
Tədbir Azərbaycan Milli QHT Forumunun akt zalında keçiriləcək və üzv təşkilatların nümayəndələrinin iştirakı ilə baş tutacaq.