Rekord qıran idmançıya keçi balası hədiyyə olundu

12.04.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Washington Capitals" hokkey klubunun hücumçusu Niklas Bakstrom komandanın kapitanı Aleksandr Oveçkinə canlı keçi balasını hədiyyə edib.

Lent.az xəbər verir ki, bu barədə Milli Hokkey Liqası (NHL) klubunun X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bakstrom hədiyyəni Vaşinqtonda keçirilən mərasimdə təqdim edib. Oveçkinə ən çox ötürmə verən forvard "İndi isə sizi bu keçi ilə tanış edirik" deyib.

Qeyd edək ki, aprelin 6-da Oveçkin NHL-in müntəzəm mövsümündə karyerasının 895-ci qolunu vurub. Bu, ona bu göstərici üzrə kanadalı Ueyn Qretzkinin rekordunu (894) qırmağa imkan verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью