News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astarada kənd yumurtası 15 qəpiyə düşüb, hansı ki, bir həftə əvvəl 30 qəpiyə təklif edilirdi.Cənub bölgəsinin kənd təsərrüfatı bazarlarında diqqətçəkici qiymət dəyişiklikləri müşahidə olunur.
Astarada kənd yumurtasının qiyməti son günlərdə kəskin şəkildə ucuzlaşaraq rekord həddə düşüb.Hazırda Astaranın mərkəzi bazarında bir ədəd kənd yumurtası 18-19 qəpiyə təklif olunur.
Rayonun məşhur Pensər kənd bazarında isə hətta bazar günü qiymətlər daha da aşağı enib – bir yumurta cəmi 15 qəpiyə təklif olunub.Qeyd edək ki, ötən il eyni vaxtda bazarlarda kənd-ev təsərrüfatlarından bazarlara yumurta daxil olmaları xeyli az olmaqla qiymət bu dərəcədə eniş etməmişdi.Sakinlər qiymətlərə təəccüblənib, alıcılar isə məmnundur.Alıcılar bildirirlər ki, cəmi bir həftə əvvəl kənd yumurtası bazarda 29 -30 qəpik civarında satılırdı.
İndi isə eyni məhsulu hətta iki dəfə ucuz qiymətə əldə etmək mümkündür.
Astara bazarlarına əsasən rayonun dağ kəndlərindən çoxlu miqdarda yumurta daxil olmaqda davam edir.
Marketlərdən 15-18 qəpiyə təklif olunan fabrik yumurtalarından imtina edən alıcılar keyfiyyətinə görə qat-qat üstün olan yerli yumurtalara üstünlük verməyə başlayıblar.Lənkəran şəhər bazarında da oxşar mənzərə yaşanır.
Burada kənd yumurtası 20 qəpikdən təklif olunur. Lakin marketlərdə qiymətlər hələ də yüksək səviyyədə saxlanılır – kənd yumurtası 29-30 qəpi