Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Atletiko” Antuan Qrizmanndan sonra daha bir futbolçu ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi Koke ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddət 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Koke “Atletiko”nun yetirməsidir. İspan futbolçu 2009-cu ildə əsas komandada debüt edib. O, həm də “Atletiko”da ən çox oyun keçirən oyunçudur – 681 matç.