Rektor: ADA Universitetində 22 qazaxıstanlı tələbə təhsil alır

04.03.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ADA Universitetində bir neçə qazaxıstanlı müəllim çalışır və onlar yüksəkixtisaslı kadrlardır.

Bakıvaxtı.az Azərtac-a istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, professor Hafiz Paşayev “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda dəyirmi masada deyib.

Rektor Qazaxıstanla sıx əlaqələrin mövcud olduğunu vurğulayaraq, hazırda universitetdə 22 qazaxıstanlı tələbənin təhsil aldığını qeyd edib. Hafiz Paşayev gələcəkdə elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью