Rektor Afət Seyidzadəyə vəzifə verdi FOTO

10.07.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə ali məktəbin rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Afət Seyidzadə Heydər Əliyev Muzeyinin müdiri vəzifəsinə gətirilib. O, əvvəllər adıçəkilən muzeydə mütəxəssis vəzifəsində işləyib.

Qeyd edək ki, BDU-nun Heydər Əliyev Muzeyinin əvvəlki müdiri, filologiya üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova bu ilin fevralında vəfat edib. 

Xatırladaq ki, universitetin Heydər Əliyev Muzeyi 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin şəxsi razılığı ilə fəaliyyətə başlayıb.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью