Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 14 noyabr, AZƏRTAC Bu gün ölkəmizdə möhtəşəm COB29 tədbiri keçirilir.
Dünyanın gözü Azərbaycandadır. Azərbaycan yüksək təşkilatçılıq səviyyəsinə və təmsil olunma səviyyəsinə görə öz sözünü dedi.
Bu tədbir haqqında illərcə danışılacaq. Tədbirdə qəbul olunacaq qərarlar dünyada iqlim dəyişikliklərinə mühüm töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.
Rektor qeyd edib ki, belə tədbir çərçivəsində Bakı Dövlət Universiteti öz ənənəsinə sadiq qalaraq yeni bir unikal pilot layihəyə imza atıb.
Belə ki, universitetin ərazisində Ekoməkan adlanan bir sahənin açılışı oldu: “Tələbələrin həm tədris, həm də təcrübə sahəsi kimi nəzərdə tutulmuş Ekoməkanda müxtəlif bioloji proseslər və onların əsasında ekoloji məsələlər durur.
Onların təcrübə keçməsi ilə yanaşı, eyni zamanda, müxtəlif seminarların, asudə vaxtların təşkili kimi məsələlər nəzərdə tutulub.
Bu məkanın özəlliyi ondadIr ki, buraya xaricdən gətirilmiş ən son texnologiyalarla təchiz edilmiş akuaponik sistemi quraşdırılıb.