Rektor: BDU beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək niyyətindədir

15.11.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bakı Dövlət Universiteti yalnız yerli ekoloji təşkilatlarla deyil, beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq etmək niyyətindədir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev Universitetdə yaradılmış “Eko məkan”nın açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq sayəsində ətraf mühitin qorunması mövzusunda qabaqcıl təcrübələrin Azərbaycana gətirilməsi və yerli ekoloji təşkilatların fəaliyyətlərinin beynəlxalq səviyyədə tanınması üçün zəmin yaradılacaq.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью