Rektor çempion olan AzTU komandasını təbrik edib

10.06.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

  Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Tələbə Basketbol Liqasının 2025/2026-cı illər mövsümünün çempionu olan AzTU Basketbol Klubunun üzvləri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.

AzTU komandasını qələbə münasibətilə təbrik edən rektor Vilayət Vəliyev növbəti yarışlarda da onlara uğurlar arzulayıb.

Rektor basketbola marağın artırılması, tələbələr arasında vətənpərvərlik, dostluq əlaqələrinin gücləndirilməsi baxımından ali təhsil müəssisələri arasında keçirilən bu cür yarışların əhəmiyyətindən danışıb.

Qalib komandanın üzvləri də öz növbəsində liqa müddətində keçirdikləri yarışlarla bağlı təəssüratlarını bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью