Rektor generalın həyat yoldaşına vəzifə verdi

19.11.2024

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinə yeni dekan təyin edilib.

Gununsesi.info unikal.az-a istinadən məlumatına görə, bununla bağlı ATU-nun rektoru Gəray Gəraybəyli əmr imzalayıb.

Əmrə əsasən, Elmira Ramiz qızı Əliyeva ATU-nun Stomatologiya fakültəsinin dekanı vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, E.Əliyeva Prezidentin Müdafiə məsələləri üzrə sabiq köməkçisi general-leytenant Vahid Əliyevin həyat yoldaşıdır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью