Rektor generalın həyat yoldaşına vəzifə verdi KONKRET

19.11.2024

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinə yeni dekan təyin edilib.

KONKRET.az-ın unikal.az-a istinadən məlumatına görə, bununla bağlı ATU-nun rektoru Gəray Gəraybəyli əmr imzalayıb.

Əmrə əsasən, Elmira Ramiz qızı Əliyeva ATU-nun Stomatologiya fakültəsinin dekanı vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, E.Əliyeva Prezidentin Müdafiə məsələləri üzrə sabiq köməkçisi general-leytenant Vahid Əliyevin həyat yoldaşıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью