Rektor generalın xanımını vəzifəyə təyin edib

19.11.2024

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinə yeni dekan təyin edilib.
Məlumata görə, bununla bağlı ATU-nun rektoru Gəray Gəraybəyli əmr imzalayıb.
Əmrə əsasən, Elmira Ramiz qızı Əliyeva ATU-nun Stomatologiya fakültəsinin dekanı vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, E.Əliyeva Prezidentin Müdafiə məsələləri üzrə sabiq köməkçisi general-leytenant Vahid Əliyevin həyat yoldaşıdır(Unikal).

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью